Çərəz (Cookie) Siyasəti

Versiya 1.0 · Son yenilənmə: 14.08.2026

Bu Siyasət BiznesBoss-un internet saytında və tətbiqində brauzerinizdə saxlanan məlumatları, çərəzləri (cookie)brauzer yaddaşında saxlanan ayarları: izah edir.

Zəruri çərəzlər istisna olmaqla, çərəzlər və oxşar texnologiyalar yalnız istifadəçinin əvvəlcədən verdiyi açıq razılıq əsasında işə salınır. Razılıq verilməməsi və ya verilmiş razılığın geri götürülməsi Platformadan istifadəyə mane olmur.

Platformanın iş panelində üçüncü tərəf izləmə çərəzləri istifadə olunmur, orada işlənən bütün çərəzlər öz domenimizə aiddir və yalnız texniki funksiya daşıyır. Reklam ölçmə vasitəsi yalnız tanıtım saytında (biznesboss.az) və yalnız istifadəçinin razılığı ilə işə düşür.

Cookie (çərəz) faylları nədir?

Cookie faylları: Saytı ziyarət etdiyiniz zaman brauzerinizə yerləşdirilən kiçik mətn fayllarıdır. Onlar Saytın düzgün işləməsini təmin edir, təhlükəsizliyi artırır, daha yaxşı istifadəçi təcrübəsi yaradır və Saytın necə istifadə edildiyini anlamamıza kömək edir.

Biz hansı cookie-lərdən istifadə edirik?

1. Zəruri çərəzlər

1.1. Zəruri Cookie faylları Platformanın təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün istifadə olunur və qanunvericilikdə nəzərdə tutulmuş hallarda ayrıca razılıq tələb etmir.

1.2. İstifadəçinin Platformaya daxil olmasını və autentifikasiyadan keçməsini təmin etmək məqsədilə iki növ zəruri çərəz saxlanılır: (i)15 (on beş) dəqiqə müddətində qüvvədə olan qısamüddətli sessiya çərəzi və (ii) sessiyanın yenilənməsini təmin edən və 7 (yeddi) günədək saxlanılan çərəz.

1.3. Hər iki çərəz beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə qurulub: səhifədəki skriptlər onları oxuya bilmir; yalnız şifrələnmiş bağlantı üzərindən ötürülür və başqa saytdan gələn sorğularda göndərilmir.

2. Reklam ölçmə çərəzləri

2.1. Tanıtım saytı açılan zaman istifadəçiyə çərəzlərdən istifadə ilə bağlı iki seçim təklif olunur: «Qəbul edirəm»«Yalnız zəruri». İstifadəçi «Yalnız zəruri» seçimini etdikdə heç bir üçüncü tərəf skripti səhifəyə yüklənmir. İstifadəçi «Qəbul edirəm» seçimini etdikdə isə reklam kampaniyalarının effektivliyinin ölçülməsi və təhlili məqsədilə Meta Pixel aktivləşdirilir və istifadəçinin brauzerində 90 (doxsan) günədək müddətə çərəzlər saxlanıla bilər. Meta Pixel yalnız sayt üzərindəki hərəkətləri, səhifə baxışı, qeydiyyat düyməsinə və ya tarif kartına kliki qeyd edir. İstifadəçinin adı, telefonu, e-poçtu və biznes məlumatları bu kanalla ötürülmür.

2.2. İstifadəçinin çərəzlərə dair seçimi müvafiq çərəz və ya digər texniki mexanizm vasitəsilə onun brauzerində saxlanılır və həmin seçim qüvvədə olduğu müddətdə istifadəçidən Platformaya hər dəfə daxil olduqda yenidən seçim etmək tələb olunmur.

2.3. İstifadəçi verdiyi razılığı istənilən vaxt saytın alt hissəsindəki «Çərəz ayarları» bölməsindən dəyişə və ya geri götürə bilər.

2.4. Platformanın ümumi trafik göstəricilərinin ölçülməsi və statistik təhlili çərəzlərdən istifadə etməyən və istifadəçilərin birbaşa müəyyən edilməsinə imkan verən şəxsi məlumatları toplamayan analitik xidmət vasitəsilə həyata keçirilir.

3. Brauzer yaddaşında saxlanılan ayarlar

3.1. İnterfeysin istifadəçi üçün rahat açılması məqsədilə bəzi ayarlar, işlədiyi təşkilat, yan menyunun görünüşü, kassa ekranının rejimi, zal planının ayarları, bildiriş səsinin açıq və ya bağlı olması, onun cihazında saxlanılır. Bu ayarlar çərəz hesab edilmir, serverə göndərilmir və yalnız istifadəçinin cihazında qalır. Bunlarla yanaşı, interfeysin serverə əlavə sorğu göndərmədən dərhal açılması üçün daxil olmuş istifadəçinin profil məlumatlarının, o cümlədən adı, elektron poçt ünvanı və sistemdəki rolu barədə məlumatların müəyyən hissəsi istifadəçinin cihazında saxlanılır. Bu məlumatlar fərdi məlumatlar hesab edilir, sistemdən çıxış zamanı silinir; giriş nişanları isə brauzer yaddaşında saxlanılmır.

3.2. Bir neçə işçinin istifadə etdiyi kassa terminalı kimi paylaşılan cihazlarda istifadəçi sessiyasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə iş başa çatdıqdan sonra istifadəçiyə Platformadakı hesabından çıxış etməsi («Çıxış») tövsiyə olunur.

3.3. Çərəzlər və brauzer yaddaşı vasitəsilə əldə edilən məlumatlar da Azərbaycan Respublikasının informasiyanın və fərdi məlumatların mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq qorunur.

4. Mobil tətbiq

4.1. Mobil tətbiqdə çərəzlərdən istifadə edilmir. İstifadəçinin Platformaya giriş məlumatları və autentifikasiya ilə bağlı zəruri məlumatlar mobil cihazın əməliyyat sisteminin təhlükəsizlik mexanizmləri ilə qorunan təhlükəsiz yaddaşında saxlanılır.

5. Çərəzləri necə idarə edə bilərsiniz

5.1. İstifadəçi istənilən brauzerin parametrlərində «Məxfilik və təhlükəsizlik» bölməsindən çərəzləri silə və ya bloklaya bilir. İstifadəçi nəzərə almalıdır ki, zəruri çərəzləri bloklayan zaman sistemə daxil ola bilmir, çünki girişin təsdiqi məhz həmin çərəzlərlə işləyir. Reklam ölçmə çərəzlərini bloklamaq isə Platformanın işinə heç bir təsir göstərmir.

6. Dəyişikliklər və əlaqə

6.1. Yeni bir xidmət və ya ölçmə vasitəsi əlavə edilən zaman bu Siyasət yenilənir və razılıq mexanizmi müvafiq olaraq dəyişdirilir.

6.2. Cookie siyasəti ilə bağlı hər hansı sualınız varsa, bizimlə [email protected]  ünvanı üzərindən əlaqə saxlaya bilərsiniz.

6.3. Fərdi məlumatların toplanılması və işlənilməsi barədə ətraflı məlumat Məxfilik Siyasətində verilib.