Məxfilik Siyasəti

Versiya 1.0 · Son yenilənmə: 14.08.2026

1.    Ümumi müddəalar

1.1. Bu Məxfilik Siyasəti «BiznesBoss» MMC (bundan sonra, «BiznesBoss») tərəfindən idarə olunan BiznesBoss platformasında fərdi məlumatların toplanma, işlənmə, saxlanma və qorunma prosedurları Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa və digər müvafiq normativ hüquqi aktlara uyğun həyata keçirilir.

Operator / Mülkiyyətçi«BiznesBoss» MMC
VÖEN1507716031
Əlaqə üçün elektron poçt[email protected]

1.2. BiznesBoss abunə əsaslı biznes idarəetmə platformasıdır. Platformadan gözəllik salonları, bərbərxanalar, spa, masaj və lazer mərkəzləri, restoran, kafe və publar, təhsil və kurs mərkəzləri, mağaza və pərakəndə satış obyektləri, habelə digər sahibkarlıq subyektləri istifadə edə bilər.

1.3. Bu Məxfilik Siyasəti Platformadan istifadə çərçivəsində məlumatları işlənilən şəxslərin aşağıdakı əsas kateqoriyalarına şamil edilir:

1.3.1. Abunəçi biznes və onun işçiləri: Abunəçi biznes və onun Platformada hesabı olan əməkdaşları tərəfindən Platformadan istifadə zamanı təqdim edilən və onların hesablarının yaradılması, idarə edilməsi, autentifikasiyası, Platformadan istifadənin təmin edilməsi və digər əlaqədar məqsədlər üçün işlənilən fərdi məlumatlar üzrə, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, BiznesBoss müvafiq məlumatların mülkiyyətçisi qismində çıxış edir.

1.3.2. Abunəçi biznesin müştəriləri: Abunəçi biznesin müştərilərinə, o cümlədən salon müştərilərinə, restoran qonaqlarına, kurs tələbələrinə və digər son istifadəçilərə aid fərdi məlumatların məqsəd və vasitələrinin müəyyən edilməsi və həmin məlumatların Platforma vasitəsilə işlənilməsi baxımından Abunəçi biznes mülkiyyətçi, BiznesBoss isə Abunəçi biznesin tapşırığı və onun müəyyən etdiyi məqsədlər çərçivəsində fərdi məlumatları işləyən operator qismində çıxış edir.

1.4. Çərəzlərdən və brauzer yaddaşından istifadə qaydaları ayrıca sənəd, Çərəz Siyasəti ilə tənzimlənir.

2.  İstifadə olunan anlayışlar

Fərdi məlumatlar: şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;

Fərdi məlumatların subyekti (bundan sonra, subyekt): barəsində fərdi məlumatlar   toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs;

Fərdi məlumatların informasiya sistemi: qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya sistemi;

Fərdi məlumatların toplanılması: subyekt barəsində fərdi məlumatların sənədləşdirilmiş qaydada qanuna uyğun olaraq əldə edilməsi;

Fərdi məlumatların işlənilməsi: fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi);

  • Mülkiyyətçi: Fiziki və hüquqi şəxslər onların vəsaitləri hesabına yaradılmış, qanuni yolla əldə edilmiş, yaxud bağışlama, vərəsəlik qaydasında toplanmış informasiya ehtiyatlarının, informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin mülkiyyətçisidirlər. İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyət hüququnun həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
  • Operator, Fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən fərdi məlumatların mülkiyyətçisi və ya onun bu funksiyaları müəyyən həcmdə və şərtlərlə həvalə etdiyi dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs;
  • Əməliyyat jurnalı (audit jurnalı): Platformada informasiya təhlükəsizliyinin, sistemlərin sabit fəaliyyətinin təmin edilməsi, hadisələrin araşdırılması, icazəsiz müdaxilələrin aşkar edilməsi, hüquqi mübahisələrin həlli və qanunvericilikdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə əməliyyat jurnalları aparılır. Əməliyyatlar barədə qeydlərin müvafiq nəzarət-audit jurnallarında toplanılması mülkiyyətçi və ya operator tərəfindən təmin olunur.

2. Tərəflərin rolları

2.1. BiznesBoss-un mülkiyyətçi qismində çıxış etdiyi hallar. BiznesBoss aşağıdakı məlumatlar üzrə fərdi məlumatların işlənilməsinin məqsəd və vasitələrini özü müəyyən edir və qanunvericilikdə nəzərdə tutulmuş həddə həmin məlumatlar üzrə mülkiyyətçi qismində çıxış edir:

2.1.1.Abunəçi hesabına dair məlumatlar: ad, elektron poçt ünvanı, telefon nömrəsi, habelə hesabın yaradılması və istifadəsi üçün zəruri olan digər məlumatlar;

2.1.2.Abunəlik, hesab-faktura, ödəniş və hesablaşma qeydləri;

2.1.3. Sistemə giriş və autentifikasiya qeydləri: hesaba girişin tarixi və vaxtı, IP ünvanı, istifadə olunan brauzer və cihaz barədə texniki məlumatlar. Bu məlumatlar Platformanın təhlükəsizliyinin təmin edilməsi, şübhəli və icazəsiz girişlərin aşkarlanması, sui-istifadənin qarşısının alınması və istifadəçi hesablarının qorunması məqsədilə işlənilir;

2.1.4. İstifadəçilərin dəstək müraciətləri, sorğuları, şikayətləri, təklifləri və təqdim etdikləri rəylər;

2.1.5. Tanıtım saytının statistik məlumatları və reklam kampaniyalarının effektivliyinin ölçülməsi üçün istifadə olunan məlumatlar, yalnız istifadəçinin qanunvericiliklə tələb olunan hallarda əvvəlcədən verdiyi razılıq əsasında.

2.2. BiznesBossun operator qismində çıxış etdiyi hallar: Abunəçinin öz müştəriləri barədə məlumatlar öz təşəbbüsümüzlə toplanılmır, onları sistemə Abunəçi tərəfindən daxil edilir və yalnız onun tapşırığı çərçivəsində emal edilir. Bu məlumatların tam tərkibi 4-cü bölmədə, biznes sahələri üzrə göstərilib. Əgər istifadəçi Abunəçi biznesin müştərisidirsə və məlumatlarla bağlı xüsusi tələbi varsa, ilk növbədə həmin Abunəçi biznesə müraciət etməlidir. BiznesBoss bu məlumatları Abunəçi biznesin göstərişi əsasında işlədiyindən, daxil olan sorğunu müvafiq hallarda Abunəçi biznesə yönləndirə və sorğunun icrası üçün zəruri texniki dəstəyi göstərə bilər.

2.3. Platformanın informasiya təhlükəsizliyinin təmin edilməsi, sui-istifadə və icazəsiz girişlərin qarşısının alınması, texniki nasazlıqların müəyyən edilməsi və xidmətlərin təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə Platformada aparılan texniki və təhlükəsizlik qeydləri üzrə BiznesBoss müstəqil şəkildə məqsəd və vasitələri müəyyən etdiyi hallarda mülkiyyətçi qismində çıxış edir.

3. Toplanan məlumatlar

Toplanılan məlumatlar, xidmətlərin istifadəçiyə effektiv şəkildə təqdim etmək üçün vacibdir. Aşağıda toplanılan məlumatlar və necə əldə edildiyi barədə məlumat verilir:

3.1. Qeydiyyat və hesab. Qeydiyyat zamanı ad və soyad, e-poçt ünvanı, telefon nömrəsi və şifrə tələb olunur. Şifrə geri dönməz şəkildə çevrilib saxlanılır və şifrənin özünə nə BiznesBoss, nə də hər hansı üçüncü şəxs çıxış əldə edə bilmir. İstifadəçi sonradan könüllü olaraq profil şəklini və cins məlumatını əlavə edə bilər. Bundan əlavə, sistem hesabın təhlükəsizliyinin təmin edilməsi və xidmətin fəaliyyəti ilə bağlı məqsədlər üçün son giriş vaxtını, giriş zamanı istifadə olunan IP ünvanlarını və İstifadə Şərtlərinin qəbul edildiyi tarix və vaxtı avtomatik olaraq qeyd edir.

3.2. E-poçtun təsdiqi. Qeydiyyat zamanı e-poçta göndərilən birdəfəlik kod açıq şəkildə saxlanılmır, 10 dəqiqədən sonra etibarsız olur, istifadədən sonra isə silinir.

3.3. Mobil cihaz. Mobil tətbiqdən istifadə edildikdə bildirişlərin göndərilməsi üçün cihazın texniki nişanı, platforması və adı saxlanılır.

3.4. Təşkilat məlumatları. Biznesin adı, telefonu, ünvanı, şəhəri, VÖEN-i, vergi rejimi, iş saatları, loqosu və banneri bu kateqoriyaya aiddir.

3.5. İşçi kartı. İşçinin adı, vəzifəsi, e-poçt ünvanı, telefon nömrəsi, işçi haqqında qeyd, rəhbəri, iş günləri, habelə əməkhaqqı şərtləri, o cümlədən komissiya faizi, saatlıq, günlük və aylıq dərəcələr və maaş növü bu kateqoriyaya aiddir. Əməkhaqqı məlumatlarını yalnız müvafiq icazəsi olan rollar görə bilər.

İş cədvəlinin qurulması məqsədilə işçinin cari əlçatanlıq statusu və icazə günləri də qeyd olunur. Restoran sahəsində, yalnız Abunəçi tərəfindən müvafiq tənzimləmə aktivləşdirildikdə, paylaşılan kassa terminalında işçinin tanınması məqsədilə sistemə giriş şifrəsi hesab edilməyən qısa kod istifadə olunur.

3.6. Abunəlik və ödəniş. Tarif, dövr, məbləğ, status, faktura tarixçəsi, endirim və promo qeydləri, ödəniş sifarişinin nömrəsi bu kateqoriyaya aiddir. Kartın tam məlumatları toplanılmır. Kart nömrəsi, son istifadə tarixi və CVV/CVC kodu üçün sistemdə heç bir sahə nəzərdə tutulmayıb; bu məlumatlar ödəniş provayderinin təhlükəsiz səhifəsində daxil edilir və yalnız provayderdə və emitent bankda saxlanılır. Abunəçi kartının sonrakı ödənişlər üçün yadda saxlanılmasına razılıq verdikdə də sistemimizdə kart nömrəsi saxlanılmır: ekranda yalnız kartın son dörd rəqəmi və növü (məsələn, «Visa •••• 4321») göstərilir ki, Abunəçi hansı kartla ödədiyini tanıya bilsin. Bu göstərici ilə ödəniş etmək və ya kart nömrəsini bərpa etmək mümkün deyil. Abunəçi yadda saxlanılmış kartı istənilən vaxt Platformadan silə bilər.

3.7. Əməliyyat jurnalı. Hər əhəmiyyətli əməliyyat üzrə kim tərəfindən, hansı əməliyyatın, hansı obyekt üzərində, hansı IP ünvanından və nə vaxt həyata keçirildiyi Azərbaycan dilində, asanlıqla oxuna və başa düşülə bilən formada qeyd olunur.

Jurnal texniki olaraq elə qurulub ki, ona əlavə edilən qeydlər sonradan dəyişdirilə və ya silinə bilmir. Bu, həm qanunvericiliyin tələblərinə riayət olunmasını, həm də mübahisə yarandıqda hər iki tərəf üçün etibarlı sübut bazasının formalaşdırılmasını təmin edir.

3.8. Dəstək müraciətləri. Müraciətin mövzusu və mətni, müraciəti göndərən istifadəçi və təşkilat, habelə müraciətə verilən cavab qeyd olunur.

4. Abunəçinin müştəriləri barədə emal etdiyimiz məlumatlar

4.1. Müştəri kartı məlumatları. Ad, telefon nömrəsi (məcburi və təşkilat daxilində təkrarlanmayan), e-poçt ünvanı, doğum tarixi, cins və Abunəçinin öz seçimi ilə əlavə etdiyi qeydlər bu kateqoriyaya daxildir. Müştəri kartı Abunəçi tərəfindən bloklana bilər; bu halda həmin müştəri üçün yeni qeyd yaradıla bilməz.

4.2. Kart açılmadan saxlanan qeydlər. Müştəri kartı limiti dolduqda və ya kart yaradılmadan xidmət göstərildikdə, ad və telefon nömrəsi birbaşa randevu, rezervasiya və ya gözləmə növbəsi qeydində saxlanılır.

4.3. Gözəllik, bərbər, spa və lazer xidmətləri. Randevunun vaxtı, göstərilən xidmət, usta, qiymət, endirim, ödəniş statusu və qeydlər bu xidmətlərə aiddir. Xidmətin ardıcıllığını və fərdiləşdirilməsini təmin etmək məqsədilə müştərinin saç tipi, teksturası və vəziyyəti, rəng formulu və rəngləmə tarixçəsi, üstünlük verdiyi stil, saqqal parametrləri, texnika, yağ və təzyiq seçimi kimi estetik üstünlükləri qeyd oluna bilər. Sağlamlıqla bağlı sahələr toplanılmır: Platformada allergiya, əks-göstəriş, dəri reaksiyası, dəri tipi və ya prosedur üzrə tibbi parametrlər üçün heç bir sahə nəzərdə tutulmayıb. Müştəri şəkilləri də toplanılmır: Platforma belə funksiya təqdim etmir.

4.4. Restoran, kafe və pub. Rezervasiyanın vaxtı, masası, qonaq sayı, qeydləri və statusu; gözləmə növbəsində ad, telefon və nəfər sayı; qonağın QR menyudan göndərdiyi mesajın mətni qeyd olunur.

4.5. Satış və kassa. Çek nömrəsi, çekdəki maddələr, məbləğlər, endirimlər, ödəniş üsulu, qaytarma səbəbi, kassirin kim olduğu, növbənin açılış və bağlanış qalıqları qeyd olunur. Kassir çeki konkret müştəri kartı ilə əlaqələndirildiyi təqdirdə satış həmin müştərinin alış tarixçəsinə əlavə olunur və bonus və endirim proqramlarında istifadə edilə bilir.

4.6. Təhsil və kurs mərkəzləri. Tələbənin qeydiyyatı üzrə qrup və ya fərdi müəllim, ödəniş şərti, xüsusi qiymət və razılaşma qeydi; ödənişlər; davamiyyət statusu və müəllim qeydi; dərsin mövzusu; imtahan üzrə tələbənin adı, telefonu, cavabları, balı, nəticəsi və müəllim rəyi; sertifikat üzrə ad, kurs adı, seriya nömrəsi və ictimai doğrulama kodu qeyd olunur.

4.7. Mağaza və anbar. Təchizatçının şirkət adı, əlaqədar şəxsin adı, telefonu, e-poçtu, ünvanı, VÖEN-i, bank hesabı və ödəniş şərtləri qeyd olunur.

4.8. Toplanmayan məlumat kateqoriyaları. Platformada xüsusi kateqoriyalı fərdi məlumatlar, irqi və milli mənsubiyyət, ailə həyatı, dini etiqad, səhhət və məhkumluq barədə məlumatlar, və biometrik məlumatlar (barmaq izi, gözün qişası, DNT, səs nümunəsi) üçün heç bir sahə, forma və ya funksiya nəzərdə tutulmayıb. Belə məlumatlar toplanılmır, işlənilmir və saxlanılmır. Müştərilərin və işçilərin fotoşəkillərinin yüklənməsi funksiyası da təqdim edilmir; yalnız hesabı olan istifadəçi öz iradəsi ilə profil şəkli yükləyə və onu istənilən vaxt silə bilər.

Sistemdə bəzi sahələr sərbəst mətn formasındadır (müştəri qeydi, davamiyyət qeydi, işçi haqqında qeyd). Abunəçi bu sahələrə xüsusi kateqoriyalı fərdi məlumat daxil etməməyi İstifadə Şərtləri ilə öhdəsinə götürür. Bu qadağanın pozulmasına, yəni Platformanın nəzərdə tutulmayan məqsədlə istifadə edilməsinə görə məsuliyyət Abunəçinin üzərinə düşür.

5. Məlumatların emal və istifadə məqsədləri:

5.1. Hesabın yaradılması və xidmətin göstərilməsi: İstifadə Şərtlərinin icrası;

5.2. Abunə haqqının alınması, faktura və qaimələrin hazırlanması: müqavilənin icrası və vergi qanunvericiliyindən irəli gələn tələblərin yerinə yetirilməsi;

5.3. Təhlükəsizliyin təmin edilməsi və sui-istifadənin qarşısının alınması: Şirkətin qanuni maraqları və qanunvericilikdən irəli gələn tələblərin yerinə yetirilməsi;

5.4. Əməliyyat jurnalının aparılması: qanunvericilikdən irəli gələn tələblərin yerinə yetirilməsi;

5.5. Xidmətlə bağlı bildirişlərin göndərilməsi (faktura, təhlükəsizlik xəbərdarlığı və s.): müqavilənin icrası;

5.6. Marketinq bildirişlərinin göndərilməsi: yalnız istifadəçinin əvvəlcədən verdiyi razılıq əsasında;

5.7. Sayt statistikası və reklam effektivliyinin ölçülməsi: yalnız istifadəçinin əvvəlcədən verdiyi razılıq əsasında;

5.8. Abunəçinin müştəri məlumatlarının emalı: Abunəçinin sənədləşdirilmiş tapşırığı və müvafiq müqavilə əsasında.

6. Fərdi məlumatlarla bağlı öhdəliklərimiz

6.1. Fərdi məlumatlar satılmır;

6.2. Fərdi məlumatlar reklam məqsədləri üçün istifadə edilmir və ya məlumat brokerlərinə ötürülmür;

6.3. Bir Abunəçinin fərdi məlumatları digər Abunəçiyə açıqlanılmır;

6.4. Abunəçinin müştəri bazasından «BiznesBoss»un öz məqsədləri üçün istifadə edilmir;

6.5. Yalnız avtomatlaşdırılmış emala əsaslanan və fiziki şəxs üçün hüquqi nəticə doğuran qərarlar qəbul edilmir;

6.6. Fərdi məlumatlar bu Məxfilik Siyasətində göstərilən məqsədlərdən kənar emal edilmir;

6.7. Fərdi məlumatlar onların emalı məqsədləri üçün zəruri olan müddətdən artıq saxlanılmır. Qanunvericilikdə daha uzun saxlama müddəti nəzərdə tutulduğu hallarda həmin müddət tətbiq edilir. Emal məqsədi başa çatdıqda və ya qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda fərdi məlumatlar silinir, məhv edilir və ya anonimləşdirilir.

7. Toplanan məlumatların ötürülməsi, paylaşılması və açıqlanması

Toplanan məlumatlar aşağıda qeyd olunan hallar üzrə yalnız məlumat subyektinin razılığı, qanunvericilikdə nəzərdə tutulmuş hallar və ya müqavilə öhdəliklərinin icrası məqsədilə üçüncü şəxslərin hər hansı biri ilə paylaşıla, ötürülə və açıqlana bilər:

7.1. Abunəçi biznes və onun işçiləri. Son müştərilərə aid məlumatlara yalnız müvafiq Abunəçinin işçiləri və digər səlahiyyətli istifadəçiləri, onlara verilmiş rol və giriş icazələri çərçivəsində çıxış əldə edə bilərlər.

7.2. Xidmət təchizatçıları. Məlumatlara xidmətlərin göstərilməsi üçün zəruri olduğu həddə çıxış əldə edən xidmət təchizatçıları barədə məlumat üçün 9-cu bölməyə baxın.

7.3. Dövlət orqanları. Məlumatlar yalnız qanunvericiliyin tələb etdiyi hallarda və səlahiyyətli dövlət orqanının əsaslandırılmış rəsmi sorğusu əsasında təqdim edilir. Şirkət daxil olan hər bir sorğunun göndərən orqanın səlahiyyətinə və sorğunun hüquqi əsasına uyğunluğunu yoxlayır. Qanunvericiliklə məlumatın açıqlanması və ya bu barədə məlumat verilməsi qadağan edilmədiyi halda, Abunəçi belə sorğu və ya məlumatın təqdim edilməsi barədə məlumatlandırılır.

7.4. İctimai olaraq əlçatan məlumatlar. Aşağıdakılar dizayn etibarilə ictimai olaraq əlçatandır və onlara giriş üçün hesab və ya autentifikasiya tələb olunmur:

7.4.1. Sertifikatın doğrulanması: doğrulama kodu ilə açılan səhifədə tələbənin adı və kurs adı sertifikatın həqiqiliyi yoxlanıla bilsin deyə göstərilir. Səhifədə telefon, e-poçt və digər əlaqə məlumatı göstərilmir. Doğrulama kodu Abunəçi tərəfindən ləğv edilə bilər;

  • 7.4.2. QR menyu və QR xidmət siyahısı: QR kod vasitəsilə açılan səhifədə biznesin xidmət və ya menyu siyahısı, loqosu və telefon nömrəsi göstərilə bilər. Bu funksiya restoran və gözəllik sahəsində fəaliyyət göstərən bizneslər üçün təqdim olunur.
  • 7.4.3. İmtahan linki: İmtahan linkinə daxil olan tələbə imtahanda iştirak etmək üçün öz adını daxil edir.

7.5. Biznesin ötürülməsi. Şirkətin birləşməsi və ya satılması halında məlumatlar hüquqi varisə keçə bilər. Abunəçilərə isə bu barədə əvvəlcədən bildiriş göndərilir.

8. Xidmət təchizatçıları və sərhədaşırı ötürmə

8.1. Xidmətin göstərilməsi üçün ixtisaslaşmış xidmət təchizatçılarından, bulud infrastrukturu və verilənlər bazasının idarə olunması, şəbəkə mühafizəsi, sistem e-poçtlarının göndərilməsi, mesajlaşma və bildiriş kanalları, texniki monitorinq və ödənişlərin emalı üzrə xidmətlərdən istifadə edilir.

8.2. Təchizatçılar seçilərkən onların təhlükəsizlik səviyyəsi qiymətləndirilir; istifadə etdiyimiz provayderlər beynəlxalq təhlükəsizlik auditindən keçmiş və müvafiq sertifikatlara malik şirkətlərdir. Onlarla münasibətlərimiz məlumatların mühafizəsi öhdəliyini nəzərdə tutan xidmət şərtləri və sazişlər əsasında qurulur: təchizatçı məlumatları yalnız xidmətin göstərilməsi üçün emal edir və öz məqsədləri üçün istifadə edə bilmir.

8.3. Bulud texnologiyalarının təbiətindən irəli gələrək Platformanın texniki infrastrukturu Avropa İttifaqı ölkələrində yerləşən data mərkəzlərində saxlanılır. Bu səbəbdən müəyyən məlumatlar Azərbaycan Respublikasının hüdudlarından kənarda saxlanıla və emal edilə bilər. Şirkət bu hal barədə istifadəçiləri açıq şəkildə məlumatlandırır.

Məlumatların Azərbaycan Respublikasının hüdudlarından kənara ötürülməsinin hüquqi əsası tətbiq olunan qanunvericiliyin tələb etdiyi hallarda fərdi məlumat subyektinin əvvəlcədən verdiyi razılıqdır. Abunəçi İstifadə Şərtlərini qəbul etməklə öz hesabı və təşkilatı ilə bağlı məlumatların Azərbaycan Respublikasının hüdudlarından kənarda saxlanılmasına və emal edilməsinə razılıq verir.

Abunəçinin öz müştərilərinə və digər üçüncü şəxslərə aid məlumatları Platformaya daxil etdiyi və ya emal üçün təqdim etdiyi hallarda, həmin məlumatların Azərbaycan Respublikasından kənara ötürülməsi üçün zəruri razılıqların və ya digər qanuni əsasların əldə edilməsini Abunəçi təmin edir.

8.4. Verilmiş razılıq tətbiq olunan qanunvericiliyə uyğun olaraq istənilən vaxt geri götürülə bilər. Platformanın texniki infrastrukturu Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən data mərkəzlərində fəaliyyət göstərdiyindən, məlumatların həmin infrastrukturda saxlanılması və emalına verilmiş razılığın geri götürülməsi Platformanın təqdim etdiyi xidmətlərdən istifadənin dayandırılması ilə nəticələnə bilər.

8.5. Platformanın texniki infrastrukturunun yerləşdiyi ölkə və ya region dəyişdikdə bu Məxfilik Siyasəti müvafiq qaydada yenilənir və Abunəçilərə dəyişikliklər barədə əvvəlcədən bildiriş göndərilir.

9. Təhlükəsizlik

9.1. Platforma Azərbaycan Respublikasının fərdi məlumatların mühafizəsinə dair dövlət tələblərinə uyğun qurulub və bu tələblərin üzərinə əlavə texniki və təşkilati mühafizə tədbirləri tətbiq olunur.

9.2. Tətbiq olunan mühafizə tədbirlərinə, o cümlədən, aşağıdakılar daxildir: məlumatların həm ötürülərkən, həm saxlanılarkən şifrələnməsi; istifadəçi şifrələrinin geri dönməz formada saxlanılması; müxtəlif Abunəçilərə aid məlumatların texniki və məntiqi baxımdan ayrılması; işçilərin və digər səlahiyyətli şəxslərin məlumatlara çıxışının rol və səlahiyyətlər əsasında məhdudlaşdırılması; sistemdə həyata keçirilən əhəmiyyətli əməliyyatların dəyişdirilməsi və silinməsi texniki olaraq məhdudlaşdırılmış jurnallarda qeydiyyata alınması; məlumatların mütəmadi ehtiyat nüsxələrinin yaradılması; habelə sistemlərin təhlükəsizlik baxımından monitorinq edilməsi.

9.3. Tətbiq olunan texniki və təşkilati tədbirlərin tam siyahısı daxili sənədlərdə saxlanılır və Abunəçinin əsaslandırılmış yazılı sorğusu, habelə səlahiyyətli dövlət orqanının sorğusu ilə təqdim edilir. Təhlükəsizlik səbəbindən bu detallar ictimai şəkildə dərc olunmur.

9.4. İnsident aşkarlanan zaman şirkət insidentin yayılmasının və mümkün təsirlərinin məhdudlaşdırılması üçün təxirəsalınmaz texniki və təşkilati tədbirlər görür, insident nəticəsində hansı məlumatların və məlumat subyektlərinin təsirləndiyini qiymətləndirir, hadisəni sənədləşdirir və tətbiq olunan qanunvericiliyin tələb etdiyi hallarda səlahiyyətli dövlət orqanına və təsirlənmiş məlumat subyektlərinə müvafiq bildiriş göndərir. Abunəçilərə bildiriş texniki və faktiki olaraq mümkün olduğu halda, insident barədə məlumat əldə edildiyi andan 48 saat ərzində bildiriş göndərilir.

İnformasiya təhlükəsizliyi insidenti baş verdikdə İcraçı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görür və zəruri hallarda səlahiyyətli dövlət orqanlarını və məlumat subyektlərini qanunvericilikdə müəyyən edilmiş qaydada məlumatlandırır.

İcraçı emal olunan fərdi məlumatların və digər informasiyanın icazəsiz əldə edilməsinin, dəyişdirilməsinin, açıqlanmasının, bloklanmasının, silinməsinin və digər qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə qanunvericiliyə uyğun texniki və təşkilati təhlükəsizlik tədbirlərini tətbiq edir.

10. Saxlanma müddətləri

10.1. Fərdi məlumatlar yalnız emal məqsədləri üçün zəruri olan müddətdə saxlanılır. Aşağıdakı cədvəldə əsas məlumat kateqoriyaları üzrə saxlanma müddətləri göstərilib:

MəlumatSaxlanma müddəti
Hesab məlumatlarıAbunəlik müddəti ərzində
Hesab silindikdən sonra30 gün, sonra tam və geri dönməz silinmə
Fəaliyyətsiz hesab30 gün, xəbərdarlıq; 90 gün, dayandırma; 180 gün, silinməyə namizəd
İxrac faylları7 gün
E-poçt təsdiq kodu10 dəqiqə
Sessiya çərəzləri15 dəqiqə / 7 gün
Texniki dəstək giriş icazəsi30 dəqiqə
Mühasibat və vergi qeydləriƏn azı 5 il
Əməliyyat jurnalı5 il
Silinmiş müştərinin qeydləriŞəxsi məlumatlar anonimləşdirilir; maliyyə qeydləri anonim formada qalır

10.2. Mühasibat və vergi sənədlərinin saxlanılması qanuni öhdəlikdir və məlumatların silinməsi tələbi üzərində istisna təşkil edir: müştəri qeydi silindikdə belə, faktura və ödəniş qeydləri qanunvericiliklə müəyyən edilmiş müddət ərzində saxlanılır. Həmin qeydlərdə şəxsi identifikasiya məlumatları anonimləşdirilir.

10.3. Emal məqsədi başa çatdıqda və ya qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda fərdi məlumatlar silinir, məhv edilir və ya anonimləşdirilir.

11. İstifadəçi hüquqları

11.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, İstifadəçi aşağıdakı hüquqlara malikdir:

  • 11.1.1. Fərdi məlumatlarla tanış olmaq və nüsxəsini almaq;
  • 11.1.2. Qeyri-dəqiq məlumatın düzəldilməsini tələb etmək;

11.1.3. Fərdi məlumatların məhv edilməsini tələb etmək;

11.1.4. Fərdi məlumatların emalının dayandırılmasını tələb etmək;

  • 11.1.5. Mesajların və bildirişlərin göndərilməsinə etiraz etmək;

11.1.6. Fərdi məlumatların toplanılmasına və işlənilməsinə əvvəlcədən verilmiş razılığı geri götürmək (razılığın geri götürülməsi ona qədər həyata keçirilmiş emalın qanuniliyinə təsir etmir);

  • 11.1.7. Məlumatların toplanılmasına və işlənilməsinə dair müvafiq nəzarət orqanına şikayət etmək;

11.2. İstifadə qaydası. Abunəçi və onun işçiləri öz məlumatlarını Platformanın profil bölməsindən müstəqil şəkildə redaktə edə və ya bunun üçün BiznesBoss: a müraciət edə bilərlər. Məlumatların emalının məqsəd və vasitələrini müəyyən edən tərəf Abunəçi biznes olduğu üçün məlumat subyekti Abunəçi biznesin müştərisi olduğu halda, ilk növbədə müvafiq Abunəçi biznesə müraciət etməlidir. Məlumat subyekti birbaşa BiznesBoss: a müraciət etdikdə isə, müvafiq hallarda sorğu Abunəçi biznesə yönləndirilə bilər.

11.3. Mövcud alətlər. Platformada Abunəçinin məlumatların idarə edilməsi üçün aşağıdakı alətlərdən istifadə etmək imkanı vardır:

  • bütün biznes məlumatlarının ixrac edilməsi;
  • konkret müştəriyə aid məlumatların ayrıca ixrac edilməsi;
  • müştəri məlumatlarının silinməsi, şəxsi məlumatların anonimləşdirilməsi, qanunvericilik və ya digər qanuni əsaslarla saxlanılması tələb olunan maliyyə və əməliyyat qeydlərinin isə anonimləşdirilmiş formada saxlanılması;
  • müştəri kartı üzrə mesajların göndərilməsinin dayandırılması funksiyasının aktivləşdirilməsi;
  • hesabın tam silinməsi, üç faktorlu təsdiqləmə prosedurundan keçməklə.

11.4. Cavab müddətləri. Sorğuya ən geci 7 iş günü ərzində cavab verilir; üçüncü şəxsə müraciət zərurəti olduqda müddət 7 iş günü uzadıla bilər. Düzəliş və ya qadağa barədə mülkiyyətçi və ya operator subyektin sorğusu əsasında fərdi məlumatlarla əlaqədar zəruri tədbirlər (məlumatın dəqiqləşdirilməsi, məlumatın toplanılmasına və işlənilməsinə qadağan qoyulması və s.) görməli, həmin tədbirlər barəsində əvvəllər bu subyektə dair fərdi məlumatların ötürüldüyü üçüncü şəxsə bildiriş 3 iş günü: əsaslandırılmış imtina subyektə sorğusunun alındığı gündən 5 iş günü ərzində verilir. Bu xidmət ödənişsiz formada həyata keçirilir.

11.5. Kimlik yoxlaması. Sorğu icra edilməzdən əvvəl müraciət edənin şəxsiyyəti və sorğu üzrə səlahiyyəti yoxlanılır. Bu yoxlamanın məqsədi məlumatların icazəsiz şəxslərə açıqlanmasının və başqa şəxslərə aid məlumatların səhvən təqdim edilməsinin qarşısını almaqdır.

11.6. Hesabın silinməsi. Hesabın və ona bağlı məlumatların silinməsi qaydası, tətbiqdaxili addımlar, girişi olmayan istifadəçi üçün müraciət kanalı və silmədən sonrakı saxlanma müddətləri ayrıca səhifədə toplanıb: Hesabın silinməsi.

12. Uşaqların məlumatları

12.1. Platformada hesab yalnız 18 yaşına çatmış şəxslər üçündür.

12.2. Abunəçi biznes sistemə yetkinlik yaşına çatmayan şəxslərin məlumatlarını daxil edə bilir, xüsusilə təhsil sahəsində (uşaq kursları, məktəbyaşlı qruplar): ad, telefon, davamiyyət, imtahan nəticələri.

12.3. Subyekt yetkinlik yaşına çatmadıqda tələb olunan razılığı onun valideynləri, qanuni nümayəndələri və ya himayəçiləri verir. Bu razılığın alınması Abunəçi biznesin öhdəliyidir; biz operator kimi onun tapşırığı ilə hərəkət edirik. Öhdəlik İstifadə Şərtlərində sənədləşdirilib.

13. Məxfilik siyasətində dəyişikliklər

13.1. Normativ hüquqi aktlarda dəyişikliklərə uyğun olaraq bu Məxfilik Siyasətinə yenidən baxıla bilər. Yenilənmiş Məxfilik Siyasəti dərc olunduğu tarixdən qüvvəyə minir və hər versiya nömrəsi və dərc tarixi ilə göstərilir. Əhəmiyyətli dəyişikliklər barədə Abunəçilərə e-poçt və tətbiqdaxili bildiriş göndərilir.

13.2. Fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli dövlət orqanı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətidir.