Hər ehtiyac üçün ayrıca proqramlara və xaosa SON!
100% doğma dilimizdə, birbaşa sizin sahəyə uyğun. Quraşdırma, texniki bilik və gizli xərc yoxdur: qeydiyyatdan keçin, idarəetməyə başlayın.
biznesBossGəlir
Müştəri
Əməliyyat
İşçi
Qayıtma
7 gün tam pulsuz sınaq və istədiyin vaxt silə biləcəyin test məlumatları.
köhnə məlumatlarını rahatlıqla köçürə bilərsən
Salon, restoran, mağaza, tədris.Sistem tam sənin işinə uyğunlaşır.
Şəffaflıq üçün şikayət bölməsini də qoyduq. Amma Təkliflər Qutusu bizim üçün qızıl dəyərindədir.
Yeni nəsil biznes idarəetmə platforması
Gözəllik salonu · Bərbərxana · Masaj · Dırnaq · Spa
Randevudan komissiyaya, müştəri kartından QR xidmətlər səhifəsinə qədər salonunuz üçün lazım olan hər şey bir yerdə, bir ekranda.
14:00 · Aytac M. saç kəsiminə yazıldı. Xatırlatma göndərildi.
KPI, qrafiklər və dövr müqayisəsi.
İnternet kəsilsə də satış davam edir.
Çekməcə, endirim və geri qaytarma.
Avtomatik bildirişlər bir yerdən.
Transfer, ölü-stok analizi, xidmət→ingredient, planınıza görə dərinləşir.
Kassa, xərclər və hesabatlar.
İşçi idarəsi, granular permission.
Azərbaycanca, insan-oxunan + CSV ixrac.
QR menyu dizaynı + QR-kart çapı.
Müştəri kartı, tarixçə, əlaqə və qeydlər bir yerdə.
Sahə-əməliyyat aləti, elə cibinizdə.
Bunlar yalnız görünən hissəsidir. Ən yaxşısı, hamısını indi birbaşa özünüz təcrübə edin.
Pulsuz sınayınİstəsəniz kassanızı BiznesBoss-a qoşursunuz: satışı burada edirsiniz, fiskal çek kassa cihazınızdan çap olunur. Məbləği iki dəfə daxil etmək və proqramlar arasında vaxt itirmək zərurəti aradan qalxır.
Şəbəkə bağlantısı kəsildikdə narahatlığa əsas yoxdur. Satışları vurmağa davam edin, internet bərpa olunan kimi bütün əməliyyatlar avtomatik olaraq sistemə sinxronlaşacaq.
Tətbiq daxilindəki bütün panellər, hesabatlar və çeklər ana dilimizdə, maksimum dərəcədə aydın tərtib olunub. Sən də öz biznesinin Boss-u ol.
Əvvəllər hər alətə ayrıca ödəyirdiniz indi hamısı və daha artığı bir yerdə.

BiznesBoss mobil tətbiqi masa arxası üçün deyil: ofisiant zalda, aşpaz mətbəxdə, usta kreslonun yanında, anbardar rəflərin arasında, sahibkar isə yolda işləyir. Ekran işçinin roluna görə qurulur: artıq heç nə göstərmir, lazım olanı isə bir toxunuşa çatdırır.
Yüklə və eyni hesabla gir
Ayrıca qeydiyyat yoxdur, mobil bütün paketlərə daxildir. Qeydiyyatı elə telefondan da edə bilərsən.
Rolu sən təyin edirsən
İcazələri veb paneldən verirsən, tab-lar və ekranlar ona görə qurulur.
Canlı sinxron
Telefonda edilən əməliyyat həmin an veb paneldə görünür, çek başqa cihazda dəyişsə telefon da yenilənir.
Sahəni seç
Özünü seç, ekranı gör
Elnur Hüseynov
Sahibkar

Bu gün
1 240 ₼
14 randevu · 3 usta işləyir
14
128
3
+6
Bugünkü randevular
HamısıiOS versiyası hazırlanır, hazır olan kimi burada görünəcək.
Texnologiya sürətlə inkişaf edir. Müasir dövrdə biznesi köhnə üsullarla idarə etməyə çalışmaq sizi rəqiblərdən geridə qoyur. Bazarı araşdıranda gördük ki, mövcud idarəetmə sistemlərinin istifadəçilər üçün bir çox çətinlikləri və çatışmazlıqları var. Biz də bu problemləri kökündən həll etmək üçün BiznesBoss-u yaratdıq.
Biz nəyi dəyişdik?
Mürəkkəb texniki quraşdırmaları minimuma endirmişik ki, siz ancaq biznesinizi böyütməyə fokuslanasınız. Sualınız olduqda isə dəstək komandamız hər zaman bir mesaj qədər yaxınınızdadır.
Biz adi bir CRM və ya ERP sistemi deyilik - biznesiniz üçün yaradılmış müasir yerli SaaS (Software as a Service) platformasıyıq. İstifadəçilərimizə elə ilk qeydiyyatdan keçdikləri andan etibarən real fərqi hiss edəcəklərinə zəmanət veririk.
Hədəfimiz hər bir sahibkarın öz biznesini sanki bir sosial media hesabı idarə edirmiş kimi asanlıqla, tək platformadan nəzarətdə saxlamasını təmin etməkdir. Bunu gözoxşayan interfeys, sürətli quraşdırma və rahat idarəetmə ilə həyata keçiririk.
Hələlik 4 fərqli sektora xidmət göstərsək də, gələcəkdə bu əhatə dairəsini genişləndirərək Azərbaycan biznes mühitinin inkişafına öz dəyərli töhfəmizi verməyi hədəfləyirik.
Biz istəyirik ki, sahibkarlar mürəkkəb proqramlar arasında vaxt itirməsinlər. Sadəcə BiznesBoss platformasından istifadə edərək bütün biznes ehtiyaclarını ən uyğun, rahat və effektiv şəkildə həll etsinlər.
BiznesBoss sadəcə hazır xarici proqramın tərcüməsi deyil. Platformanın hər bir kodu, dizaynı və funksiyası sıfırdan, məhz bizim biznes mühitimiz və istifadəçilərimizin ehtiyacları nəzərə alınaraq hazırlanıb.
Buna görə də platformaya daxil olduqda yarımçıq tərcümələr və ya yad terminlərlə qarşılaşmazsınız - hər şey doğma dilimizdə, ilk andan anlaşıqlı və istifadəsi rahat şəkildə qarşınıza çıxır.
Qiymətlərimizi heç bir yerdə gizlətmirik. Nə ödəyəcəyinizi bu səhifədə, olduğu kimi görürsünüz. Sadəcə sektorunuzu seçin: bütün qiymət paketləri və daha artığı haqqında məlumat əldə edin. İstəyimiz sadədir - heç kim biznesinə lazım olmayan funksionallıqlara görə pul ödəməsin.


Randevu, müştəri bazası, kassa və QR xidmətlər: limitsiz komanda ilə tam salon idarəetməsi
/ ay · istənilən vaxt ləğv et
7 gün pulsuz başlaDaxil olan modullar · 14
Test mərhələsində kart tələb olunmur və sistemimizdə kart məlumatlarını heç bir halda saxlamırıq
Mövzular
Lazım deyil. Qeydiyyatda biznes növünü seçirsən, sistem həmin sahəyə uyğun ekranlarla açılır. Sonrası xidmət (və ya menyu, qrup, məhsul) siyahını doldurmaqdır, bu da 15-20 dəqiqəlik işdir. Nə server, nə quraşdırma lazımdır; brauzer bəsdir.
Var. İstəsən hesab nümunə müştəri, xidmət və satışlarla dolu açılır, beləcə hər ekranın real işdə necə göründüyünü görürsən. Öyrənəndən sonra test datasını bir düymə ilə silirsən və işə təmiz başlayırsan.
Bəli. Hazır Excel şablonunu yükləyib doldurursan, sistem sütun və format fərqlərini özü düzəldir. Köçürməzdən əvvəl nəyin əlavə olunacağını, nəyin təkrar olduğunu göstərir, yəni kor-koranə yükləmə olmur.
Heç nə silinmir. Kart məlumatı istəmədiyimiz üçün avtomatik pul çıxmır və gözlənilməz ödəniş olmur. Paket seçəndə iş qaldığı yerdən davam edir, hər şeyi yenidən qurmaq lazım gəlmir.
Cavabı tapmadın?