Təhsil-kurs

Qrupları, davamiyyəti və ödənişləri nəzarətdə saxlayın

Kim gəldi, kim borcludur, hansı qrup nə vaxt dərs keçir - hamısı bir paneldə. Müəllim davamiyyəti telefondan yazır, bildiriş isə özü gedir.

Qrup, tələbə və dərs cədvəli
Davamiyyət - dərs zamanı telefondan
Tələbə ödənişləri və borclu siyahısı
Sertifikat və imtahan sistemi

Kart tələb olunmur · İstənilən vaxt ləğv et · Quraşdırma haqqı yoxdur

Bugünkü dərslər

Bu ay

3 400 ₼

8 qrup aktiv · 12 borclu

15:00 · İngilis A112 tələbə · otaq 240 dəq
Davamiyyət yazıldıRiyaziyyat B · 11/12bitdi
Ödəniş alındıRəşad M. · 120₼indi
Sektorlar

Təhsil-kurs üçün nələr hazırladıq

Təhsil-kurs

Dil/İT kursları · Hazırlıq mərkəzi · Uşaq inkişaf mərkəzi

Kursunuzu qrupdan sertifikata qədər idarə edin

Qrup və qeydiyyatdan davamiyyətə, imtahandan sertifikata qədər tədris mərkəziniz baştan-başa nəzarətinizdədir.

Bugünkü qrup

A2 İngilis · 12/14 iştirak · 2 borcluya xatırladıldı

Təhsil-kurs üçün xüsusi imkanlar

Sürüşdür · 6 imkan
Qrup və davamiyyət - BiznesBoss

Qrup və davamiyyət

Qruplar, tələbələr və davamiyyət bir yerdə. Kim gəldi, kim gəlmədi, kim çox buraxır dərsin özündə bir toxunuşla yazılır və valideynə hesabat verməyə hazır olur.

Dərs cədvəli - BiznesBoss

Dərs cədvəli

Hansı otaqda, hansı müəllimlə, hansı qrup nə vaxt oxuyur hamısı bir təqvimdə. Otaq toqquşması və müəllim üst-üstə düşməsi sistem tərəfindən qabaqcadan tutulur.

Onlayn imtahan - BiznesBoss

Onlayn imtahan

Sual bankından imtahan qurun, tələbə telefonundan həll etsin, nəticə özü hesablansın. Vərəq yoxlamaq, xal toplamaq və cədvələ köçürmək dövrü bağlanır.

Tələbə ödənişləri - BiznesBoss

Tələbə ödənişləri

Kim ödəyib, kimin borcu qalıb, bu ay nə qədər yığılıb dəftərdə yox, ekranda. Borcu olan tələbə siyahının başında durur, xatırlatma da avtomatik gedə bilir.

Sertifikat - BiznesBoss

Sertifikat

Kursu bitirən tələbəyə öz loqonuzla, imza və möhürünüzlə sertifikat verin. Hər sertifikatın QR-ı var: işəgötürən oxuyub həqiqiliyini yoxlaya bilir.

WhatsApp bildiriş - BiznesBoss

WhatsApp bildiriş

Dərsdən əvvəl tələbəyə xatırlatma, borc qalanda valideynə xəbər. Hamısı sizin öz nömrənizdən avtomatik gedir, mətni isə özünüz qurursunuz.

Əlavə xüsusiyyətlər

Nəzarət paneli

KPI, qrafiklər və dövr müqayisəsi.

Offline POS (PWA)

İnternet kəsilsə də satış davam edir.

Kassa & Z-Hesabat

Çekməcə, endirim və geri qaytarma.

WhatsApp + Email

Avtomatik bildirişlər bir yerdən.

Anbar & Resept

Transfer, ölü-stok analizi, xidmət→ingredient, planınıza görə dərinləşir.

Maliyyə & xərclər

Kassa, xərclər və hesabatlar.

Rol & icazələr

İşçi idarəsi, granular permission.

Audit jurnalı

Azərbaycanca, insan-oxunan + CSV ixrac.

QR fərdiləşdirmə

QR menyu dizaynı + QR-kart çapı.

Müştəri bazası (CRM)

Müştəri kartı, tarixçə, əlaqə və qeydlər bir yerdə.

Mobil tətbiq

Sahə-əməliyyat aləti, elə cibinizdə.

Bunlar yalnız görünən hissəsidir. Ən yaxşısı, hamısını indi birbaşa özünüz təcrübə edin.

Pulsuz sınayın
%100 Yerli və Müasir

Azərbaycanın hər yerindən, istənilən cihazdan idarə et

E-kassa inteqrasiya imkanı

İstəsəniz kassanızı BiznesBoss-a qoşursunuz: satışı burada edirsiniz, fiskal çek kassa cihazınızdan çap olunur. Məbləği iki dəfə daxil etmək və proqramlar arasında vaxt itirmək zərurəti aradan qalxır.

İnternetsiz rejimdə idarəetmə

Şəbəkə bağlantısı kəsildikdə narahatlığa əsas yoxdur. Satışları vurmağa davam edin, internet bərpa olunan kimi bütün əməliyyatlar avtomatik olaraq sistemə sinxronlaşacaq.

🇦🇿

Tam Azərbaycan dilində və aydın interfeys

Tətbiq daxilindəki bütün panellər, hesabatlar və çeklər ana dilimizdə, maksimum dərəcədə aydın tərtib olunub. Sən də öz biznesinin Boss-u ol.

Mobil tətbiq

Hər kəs öz işini görür

BiznesBoss mobil tətbiqi masa arxası üçün deyil: ofisiant zalda, aşpaz mətbəxdə, usta kreslonun yanında, anbardar rəflərin arasında, sahibkar isə yolda işləyir. Ekran işçinin roluna görə qurulur: artıq heç nə göstərmir, lazım olanı isə bir toxunuşa çatdırır.

01

Yüklə və eyni hesabla gir

Ayrıca qeydiyyat yoxdur, mobil bütün paketlərə daxildir. Qeydiyyatı elə telefondan da edə bilərsən.

02

Rolu sən təyin edirsən

İcazələri veb paneldən verirsən, tab-lar və ekranlar ona görə qurulur.

03

Canlı sinxron

Telefonda edilən əməliyyat həmin an veb paneldə görünür, çek başqa cihazda dəyişsə telefon da yenilənir.

PIN və biometrik kilid Qaranlıq rejim Cihaz sessiyaları Bildirişlər və elanlar Əməliyyat jurnalı Kamera ilə barkod

Özünü seç, ekranı gör

Elnur Hüseynov

Direktor

Bu ay

3 400 ₼

GünHəftə

12 borclu · 8 qrup aktiv

B.eÇ.aÇC.aCŞB
Aktiv tələbə

96

Aktiv qrup

8

Bu həftə dərs

24

Borclu

12

Bugünün dərsləri

Hamısı
15:00 · İngilis A112 tələbə · Aynur M.gözləyir
11:00 · Riyaziyyat B11/12 davamiyyətbitdi
Veb panellə sinxrondur
AnaDərslərQruplarKassaDaha

Direktor tətbiqi açanda nə görür?

  • Bu ayın yığımı, borclu tələbələr və qrup doluluğu
  • Kurs → Qrup → Dərs: qrupu açır, dərs günlərini təyin edir, cədvəl özü yaranır
  • İmtahan nəticələri, sertifikatlar və qiymət şablonları «Daha» bölməsində

Direktor hər şeyi görür, məhdudiyyəti işçilərə sən qoyursan.

Rollar hazır şablonla gəlir, icazələri veb paneldən istədiyin kimi dəyiş.

YükləGoogle PlayTezlikləApp Store

iOS versiyası hazırlanır, hazır olan kimi burada görünəcək.

Haqqımızda

BiznesBoss - Biznesinizi İdarə Etməyin Sadə Yolu

Texnologiya sürətlə inkişaf edir. Müasir dövrdə biznesi köhnə üsullarla idarə etməyə çalışmaq sizi rəqiblərdən geridə qoyur. Bazarı araşdıranda gördük ki, mövcud idarəetmə sistemlərinin istifadəçilər üçün bir çox çətinlikləri və çatışmazlıqları var. Biz də bu problemləri kökündən həll etmək üçün BiznesBoss-u yaratdıq.

Biz nəyi dəyişdik?

  • Zəng edib demo xahiş etməyə ehtiyac yoxdurGiriş edin və dərhal yoxlayın.
  • Məkana texniki komanda çağırmaq yoxdurHər şey bulud üzərindən tam hazırdır.
  • Qiymət və funksiyaları öyrənmək üçün əlaqə saxlamaq yoxdurHər şey tam şəffaf və açıqdır.
  • Köhnə interfeyslər və uzun-uzadı tənzimləmələr yoxdurMüasir və rahat dizaynla vaxtınıza qənaət edin.

Mürəkkəb texniki quraşdırmaları minimuma endirmişik ki, siz ancaq biznesinizi böyütməyə fokuslanasınız. Sualınız olduqda isə dəstək komandamız hər zaman bir mesaj qədər yaxınınızdadır.

Yüz faiz yerli Dəstək Azərbaycan dilində

Fərqimiz

Yerli SaaS · Business Operation System

Biz adi bir CRM və ya ERP sistemi deyilik - biznesiniz üçün yaradılmış müasir yerli SaaS (Software as a Service) platformasıyıq. İstifadəçilərimizə elə ilk qeydiyyatdan keçdikləri andan etibarən real fərqi hiss edəcəklərinə zəmanət veririk.

Missiyamız

Hədəfimiz hər bir sahibkarın öz biznesini sanki bir sosial media hesabı idarə edirmiş kimi asanlıqla, tək platformadan nəzarətdə saxlamasını təmin etməkdir. Bunu gözoxşayan interfeys, sürətli quraşdırma və rahat idarəetmə ilə həyata keçiririk.

Hələlik 4 fərqli sektora xidmət göstərsək də, gələcəkdə bu əhatə dairəsini genişləndirərək Azərbaycan biznes mühitinin inkişafına öz dəyərli töhfəmizi verməyi hədəfləyirik.

Məqsədimiz

Biz istəyirik ki, sahibkarlar mürəkkəb proqramlar arasında vaxt itirməsinlər. Sadəcə BiznesBoss platformasından istifadə edərək bütün biznes ehtiyaclarını ən uyğun, rahat və effektiv şəkildə həll etsinlər.

Yerli deyəndə nəyi nəzərdə tuturuq?

BiznesBoss sadəcə hazır xarici proqramın tərcüməsi deyil. Platformanın hər bir kodu, dizaynı və funksiyası sıfırdan, məhz bizim biznes mühitimiz və istifadəçilərimizin ehtiyacları nəzərə alınaraq hazırlanıb.

Buna görə də platformaya daxil olduqda yarımçıq tərcümələr və ya yad terminlərlə qarşılaşmazsınız - hər şey doğma dilimizdə, ilk andan anlaşıqlı və istifadəsi rahat şəkildə qarşınıza çıxır.

Qiymətlər

Yalnız ehtiyacınız olana görə ödəyin

Qiymətlərimizi heç bir yerdə gizlətmirik. Nə ödəyəcəyinizi bu səhifədə, olduğu kimi görürsünüz. Sadəcə sektorunuzu seçin: bütün qiymət paketləri və daha artığı haqqında məlumat əldə edin. İstəyimiz sadədir - heç kim biznesinə lazım olmayan funksionallıqlara görə pul ödəməsin.

7 gün pulsuz sınaqKart məlumatı istəmirikİstənilən vaxt dəyiş və ya dayandır
Kurs Lite maskotu

Kurs Lite

Kurs, qrup, dərs və imtahanlar: tədris mərkəzinin əsas işi üçün hər şey

29,00

/ ay · istənilən vaxt ləğv et

7 gün pulsuz başla
Sahib + 7 işçi 150 tələbə

Daxil olan modullar · 12

Qrup və tələbə idarəsi Davamiyyət İmtahan sistemi Sual bankı POS satış modulu Ətraflı analitika
Tam güc
Kurs Pro maskotu

Kurs Pro

Limitsiz tələbə, WhatsApp xatırlatmaları, ödəniş izləmə və sertifikatlar

59,00

/ ay · istənilən vaxt ləğv et

7 gün pulsuz başla
Limitsiz işçi Limitsiz tələbə 2500 WhatsApp mesajı / ay
Lite-dakı hər şey, üstəgəl:
  • Sertifikatlar
  • Ödəniş izləmə bölməsi
  • WhatsApp bildirişləri

+ Lite-dakı 12 modulun hamısı

Lite gündəlik iş üçün əsas modulları, Pro sektorun tam dəstini və geniş limitləri açır. Mobil tətbiq, maliyyə idarəsi və audit jurnalı hər paketə daxildir.

Qiymət strategiyamız

  • Gizli qiymət yoxdur. "Bizimlə əlaqə saxlayın" arxasında rəqəm saxlamırıq.
  • Sektora görə paket. Salon və kurs anbar moduluna, mağaza randevuya görə pul verməsin.
  • İstənilən vaxt dəyiş. İstədiyin vaxt paketini yüksəlt ehtiyac olmasa kiçilt ya da ləğv et

Test mərhələsində kart tələb olunmur və sistemimizdə kart məlumatlarını heç bir halda saxlamırıq

FAQ

Tez-tez verilən suallar

Lazım deyil. Qeydiyyatda biznes növünü seçirsən, sistem həmin sahəyə uyğun ekranlarla açılır. Sonrası xidmət (və ya menyu, qrup, məhsul) siyahını doldurmaqdır, bu da 15-20 dəqiqəlik işdir. Nə server, nə quraşdırma lazımdır; brauzer bəsdir.

Var. İstəsən hesab nümunə müştəri, xidmət və satışlarla dolu açılır, beləcə hər ekranın real işdə necə göründüyünü görürsən. Öyrənəndən sonra test datasını bir düymə ilə silirsən və işə təmiz başlayırsan.

Bəli. Hazır Excel şablonunu yükləyib doldurursan, sistem sütun və format fərqlərini özü düzəldir. Köçürməzdən əvvəl nəyin əlavə olunacağını, nəyin təkrar olduğunu göstərir, yəni kor-koranə yükləmə olmur.

Heç nə silinmir. Kart məlumatı istəmədiyimiz üçün avtomatik pul çıxmır və gözlənilməz ödəniş olmur. Paket seçəndə iş qaldığı yerdən davam edir, hər şeyi yenidən qurmaq lazım gəlmir.

Cavabı tapmadın?

Bizimlə əlaqə saxla