Restoran-kafe

Zalı, mətbəxi və kassanı bir sistemdə birləşdirin

Ofisiant sifarişi telefondan götürür, mətbəx ekranda görür, kassa çeki kəsir. Masaların vəziyyəti isə real vaxtda qarşınızdadır.

Canlı masa planı və zal nəzarəti
Rezervasiya və növbə siyahısı
Mətbəx ekranı (KDS) - sifariş anında mətbəxdə
QR menyu və masa QR kodları

Kart tələb olunmur · İstənilən vaxt ləğv et · Quraşdırma haqqı yoxdur

Zalın canlı vəziyyəti

Bu gün

1 240 ₼

18 çek · 6 masa açıq

Masa 43 sətir · 48₼mətbəxdə
Masa 9 hazırdır2× kabab · 1 çayapar
20:00 rezervasiya4 nəfər · Masa 12təsdiq
Sektorlar

Restoran-kafe üçün nələr hazırladıq

Restoran-kafe

Restoran · Kafe · Pub · Çayxana · Fast-food

Zalı, mətbəxi və kassanı bir sistemdə birləşdirin

Masa planından mətbəx ekranına, rezervasiyadan QR menyuya qədər restoranınızın bütün iş axını tək sistemdə birləşir.

Canlı sifariş

Masa 6 · 2 çay, 1 tikə kabab mətbəxə göndərildi, 19:42

Restoran-kafe üçün xüsusi imkanlar

Sürüşdür · 6 imkan
Masa planı - BiznesBoss

Masa planı

Zalınızın həqiqi planını qurun: hansı masa boş, hansı doludur, neçə nəfər əyləşib, hesab nə qədərdir bir baxışda görünür. Yeni ofisiant ilk günündən zalı tanıyır.

Sifariş və hesab - BiznesBoss

Sifariş və hesab

Ofisiant masanı seçir, menyudan məhsulları vurur, sifariş həmin an mətbəx ekranına düşür. Hesabı bölüşdürmək, endirim vermək və çeki çap etmək eyni ekrandadır.

Rezervasiya - BiznesBoss

Rezervasiya

Telefonla gələn rezervasiyanı masaya bağlayın, qonaq gəlmədən əvvəl WhatsApp xatırlatması getsin. Axşam kimin gələcəyini səhərdən bilirsiniz, masa boş yerə saxlanmır.

QR masa menyusu - BiznesBoss

QR masa menyusu

Menyunuz onlayn, dizaynı sizin zövqünüzə uyğun. Qiymət dəyişəndə çap etdirmirsiniz, bir dəqiqəyə yenilənir və masadakı QR həmin an yeni qiyməti göstərir.

Zay və itki nəzarəti - BiznesBoss

Zay və itki nəzarəti

Mətbəxdə pul haradan sızır sualına rəqəmlə cavab. Zay silinmələr və sayım fərqləri səbəbə, rəfə və işçiyə görə bölünür. Ay sonu «niyə az qazandıq» sualı havada qalmır.

WhatsApp xatırlatma - BiznesBoss

WhatsApp xatırlatma

Rezervasiyadan əvvəl qonağa avtomatik mesaj gedir, özü də sizin öz nömrənizdən. Gəlməyən qonaq üzündən masa boş yerə saxlanmır, mesajın mətnini isə özünüz yazırsınız.

Əlavə xüsusiyyətlər

Nəzarət paneli

KPI, qrafiklər və dövr müqayisəsi.

Offline POS (PWA)

İnternet kəsilsə də satış davam edir.

Kassa & Z-Hesabat

Çekməcə, endirim və geri qaytarma.

WhatsApp + Email

Avtomatik bildirişlər bir yerdən.

Anbar & Resept

Transfer, ölü-stok analizi, xidmət→ingredient, planınıza görə dərinləşir.

Maliyyə & xərclər

Kassa, xərclər və hesabatlar.

Rol & icazələr

İşçi idarəsi, granular permission.

Audit jurnalı

Azərbaycanca, insan-oxunan + CSV ixrac.

QR fərdiləşdirmə

QR menyu dizaynı + QR-kart çapı.

Müştəri bazası (CRM)

Müştəri kartı, tarixçə, əlaqə və qeydlər bir yerdə.

Mobil tətbiq

Sahə-əməliyyat aləti, elə cibinizdə.

Bunlar yalnız görünən hissəsidir. Ən yaxşısı, hamısını indi birbaşa özünüz təcrübə edin.

Pulsuz sınayın
%100 Yerli və Müasir

Azərbaycanın hər yerindən, istənilən cihazdan idarə et

E-kassa inteqrasiya imkanı

İstəsəniz kassanızı BiznesBoss-a qoşursunuz: satışı burada edirsiniz, fiskal çek kassa cihazınızdan çap olunur. Məbləği iki dəfə daxil etmək və proqramlar arasında vaxt itirmək zərurəti aradan qalxır.

İnternetsiz rejimdə idarəetmə

Şəbəkə bağlantısı kəsildikdə narahatlığa əsas yoxdur. Satışları vurmağa davam edin, internet bərpa olunan kimi bütün əməliyyatlar avtomatik olaraq sistemə sinxronlaşacaq.

🇦🇿

Tam Azərbaycan dilində və aydın interfeys

Tətbiq daxilindəki bütün panellər, hesabatlar və çeklər ana dilimizdə, maksimum dərəcədə aydın tərtib olunub. Sən də öz biznesinin Boss-u ol.

Mobil tətbiq

Hər kəs öz işini görür

BiznesBoss mobil tətbiqi masa arxası üçün deyil: ofisiant zalda, aşpaz mətbəxdə, usta kreslonun yanında, anbardar rəflərin arasında, sahibkar isə yolda işləyir. Ekran işçinin roluna görə qurulur: artıq heç nə göstərmir, lazım olanı isə bir toxunuşa çatdırır.

01

Yüklə və eyni hesabla gir

Ayrıca qeydiyyat yoxdur, mobil bütün paketlərə daxildir. Qeydiyyatı elə telefondan da edə bilərsən.

02

Rolu sən təyin edirsən

İcazələri veb paneldən verirsən, tab-lar və ekranlar ona görə qurulur.

03

Canlı sinxron

Telefonda edilən əməliyyat həmin an veb paneldə görünür, çek başqa cihazda dəyişsə telefon da yenilənir.

PIN və biometrik kilid Qaranlıq rejim Cihaz sessiyaları Bildirişlər və elanlar Əməliyyat jurnalı Kamera ilə barkod

Özünü seç, ekranı gör

Elnur Hüseynov

Sahibkar

Bu gün

1 240 ₼

GünHəftə

18 çek · 2 kassa açıq

B.eÇ.aÇC.aCŞB
Sifariş sayı

18

Orta çek

69 ₼

Rezervasiya

5

Doluluq

62%

Bugünkü rezervasiyalar

Hamısı
19:30 · Rəşad M.4 nəfər · Masa 7təsdiq
20:00 · Nigar H.2 nəfər · Masa 3gözləyir
Veb panellə sinxrondur
AnaMasalarRezervMaliyyəDaha

Sahibkar tətbiqi açanda nə görür?

  • Zalın canlı vəziyyəti: hansı masa açıq, hansı çek nə qədərdir
  • Maliyyə tabı: günün dövriyyəsi, nağd-kart bölgüsü və xərclər
  • Kim endirim etdi, kim ləğv etdi, hamısı əməliyyat jurnalında

Sahibkar hər şeyi görür, məhdudiyyəti işçilərə sən qoyursan.

Rollar hazır şablonla gəlir, icazələri veb paneldən istədiyin kimi dəyiş.

YükləGoogle PlayTezlikləApp Store

iOS versiyası hazırlanır, hazır olan kimi burada görünəcək.

Haqqımızda

BiznesBoss - Biznesinizi İdarə Etməyin Sadə Yolu

Texnologiya sürətlə inkişaf edir. Müasir dövrdə biznesi köhnə üsullarla idarə etməyə çalışmaq sizi rəqiblərdən geridə qoyur. Bazarı araşdıranda gördük ki, mövcud idarəetmə sistemlərinin istifadəçilər üçün bir çox çətinlikləri və çatışmazlıqları var. Biz də bu problemləri kökündən həll etmək üçün BiznesBoss-u yaratdıq.

Biz nəyi dəyişdik?

  • Zəng edib demo xahiş etməyə ehtiyac yoxdurGiriş edin və dərhal yoxlayın.
  • Məkana texniki komanda çağırmaq yoxdurHər şey bulud üzərindən tam hazırdır.
  • Qiymət və funksiyaları öyrənmək üçün əlaqə saxlamaq yoxdurHər şey tam şəffaf və açıqdır.
  • Köhnə interfeyslər və uzun-uzadı tənzimləmələr yoxdurMüasir və rahat dizaynla vaxtınıza qənaət edin.

Mürəkkəb texniki quraşdırmaları minimuma endirmişik ki, siz ancaq biznesinizi böyütməyə fokuslanasınız. Sualınız olduqda isə dəstək komandamız hər zaman bir mesaj qədər yaxınınızdadır.

Yüz faiz yerli Dəstək Azərbaycan dilində

Fərqimiz

Yerli SaaS · Business Operation System

Biz adi bir CRM və ya ERP sistemi deyilik - biznesiniz üçün yaradılmış müasir yerli SaaS (Software as a Service) platformasıyıq. İstifadəçilərimizə elə ilk qeydiyyatdan keçdikləri andan etibarən real fərqi hiss edəcəklərinə zəmanət veririk.

Missiyamız

Hədəfimiz hər bir sahibkarın öz biznesini sanki bir sosial media hesabı idarə edirmiş kimi asanlıqla, tək platformadan nəzarətdə saxlamasını təmin etməkdir. Bunu gözoxşayan interfeys, sürətli quraşdırma və rahat idarəetmə ilə həyata keçiririk.

Hələlik 4 fərqli sektora xidmət göstərsək də, gələcəkdə bu əhatə dairəsini genişləndirərək Azərbaycan biznes mühitinin inkişafına öz dəyərli töhfəmizi verməyi hədəfləyirik.

Məqsədimiz

Biz istəyirik ki, sahibkarlar mürəkkəb proqramlar arasında vaxt itirməsinlər. Sadəcə BiznesBoss platformasından istifadə edərək bütün biznes ehtiyaclarını ən uyğun, rahat və effektiv şəkildə həll etsinlər.

Yerli deyəndə nəyi nəzərdə tuturuq?

BiznesBoss sadəcə hazır xarici proqramın tərcüməsi deyil. Platformanın hər bir kodu, dizaynı və funksiyası sıfırdan, məhz bizim biznes mühitimiz və istifadəçilərimizin ehtiyacları nəzərə alınaraq hazırlanıb.

Buna görə də platformaya daxil olduqda yarımçıq tərcümələr və ya yad terminlərlə qarşılaşmazsınız - hər şey doğma dilimizdə, ilk andan anlaşıqlı və istifadəsi rahat şəkildə qarşınıza çıxır.

Qiymətlər

Yalnız ehtiyacınız olana görə ödəyin

Qiymətlərimizi heç bir yerdə gizlətmirik. Nə ödəyəcəyinizi bu səhifədə, olduğu kimi görürsünüz. Sadəcə sektorunuzu seçin: bütün qiymət paketləri və daha artığı haqqında məlumat əldə edin. İstəyimiz sadədir - heç kim biznesinə lazım olmayan funksionallıqlara görə pul ödəməsin.

7 gün pulsuz sınaqKart məlumatı istəmirikİstənilən vaxt dəyiş və ya dayandır
Restoran Lite maskotu

Restoran Lite

Kassa, QR menyu və masalar: restoranın əsas axını bir sistemdə

29,00

/ ay · istənilən vaxt ləğv et

7 gün pulsuz başla
Sahib + 15 işçi 1000 müştəri kartı 1000 məhsul 2 anbar 500 WhatsApp mesajı / ay

Daxil olan modullar · 21

Məkan nəzarəti Rezervasiyalar Menyu idarəsi Menyu modifikatorları Növbə siyahısı Müştəri kartları (CRM)
Tam güc
Restoran Pro maskotu

Restoran Pro

Mətbəx ekranı, canlı məkan və limitsiz baza ilə tam restoran idarəetməsi

89,00

/ ay · istənilən vaxt ləğv et

7 gün pulsuz başla
Limitsiz işçi Limitsiz müştəri Limitsiz məhsul 5 anbar 2500 WhatsApp mesajı / ay
Lite-dakı hər şey, üstəgəl:
  • Mətbəx ekranı (KDS)
  • 2D məkan redaktoru
  • Kampaniya və endirimlər

+ Lite-dakı 21 modulun hamısı

Lite gündəlik iş üçün əsas modulları, Pro sektorun tam dəstini və geniş limitləri açır. Mobil tətbiq, maliyyə idarəsi və audit jurnalı hər paketə daxildir.

Qiymət strategiyamız

  • Gizli qiymət yoxdur. "Bizimlə əlaqə saxlayın" arxasında rəqəm saxlamırıq.
  • Sektora görə paket. Salon və kurs anbar moduluna, mağaza randevuya görə pul verməsin.
  • İstənilən vaxt dəyiş. İstədiyin vaxt paketini yüksəlt ehtiyac olmasa kiçilt ya da ləğv et

Test mərhələsində kart tələb olunmur və sistemimizdə kart məlumatlarını heç bir halda saxlamırıq

FAQ

Tez-tez verilən suallar

Lazım deyil. Qeydiyyatda biznes növünü seçirsən, sistem həmin sahəyə uyğun ekranlarla açılır. Sonrası xidmət (və ya menyu, qrup, məhsul) siyahını doldurmaqdır, bu da 15-20 dəqiqəlik işdir. Nə server, nə quraşdırma lazımdır; brauzer bəsdir.

Var. İstəsən hesab nümunə müştəri, xidmət və satışlarla dolu açılır, beləcə hər ekranın real işdə necə göründüyünü görürsən. Öyrənəndən sonra test datasını bir düymə ilə silirsən və işə təmiz başlayırsan.

Bəli. Hazır Excel şablonunu yükləyib doldurursan, sistem sütun və format fərqlərini özü düzəldir. Köçürməzdən əvvəl nəyin əlavə olunacağını, nəyin təkrar olduğunu göstərir, yəni kor-koranə yükləmə olmur.

Heç nə silinmir. Kart məlumatı istəmədiyimiz üçün avtomatik pul çıxmır və gözlənilməz ödəniş olmur. Paket seçəndə iş qaldığı yerdən davam edir, hər şeyi yenidən qurmaq lazım gəlmir.

Cavabı tapmadın?

Bizimlə əlaqə saxla