Hesabın silinməsi

Versiya 1.0 · Son yenilənmə: 03.09.2026

Bu səhifə BiznesBoss mobil tətbiqinin (Google Play: az.biznesboss.app) və veb platformasının istifadəçiləri üçündür. Hesabınızı və ona bağlı məlumatları iki yolla silə bilərsiniz: tətbiqin içindən (dərhal) və ya bizə müraciətlə (tətbiqə girişiniz yoxdursa).

1. Tətbiqin içindən silmə

Komanda üzvü (işçi) hesabı

  1. Tətbiqi açın, aşağıdakı «Daha» tabına keçin.
  2. Ekranın sonuna sürüşdürün, «Hesabımı sil» düyməsinə toxunun.
  3. Nəyin silinəcəyini oxuyun, şifrənizi daxil edib təsdiqləyin.

Sahibkar (müəssisə sahibi) hesabı

Sahibkar hesabı müəssisə ilə birlikdə silinir. Eyni yerdə «Məlumatlarımı al və hesabı sil» sihirbazı açılır: istəsəniz əvvəl bütün biznes məlumatlarınızı fayl kimi yükləyirsiniz, sonra şifrə, e-poçtunuza gələn təsdiq kodu və təsdiq mətni ilə silməni tamamlayırsınız.

Veb paneldə eyni əməliyyat Tənzimləmələr → Biznesim səhifəsinin sonundakı «Müəssisəni sil» bölməsindədir (giriş tələb olunur):

Veb paneldə silmə bölməsini aç →

Hesabınıza daxil olmamısınızsa, əvvəlcə giriş səhifəsi açılır; girişdən sonra Tənzimləmələr → Biznesim bölməsinə keçin.

2. Müraciətlə silmə (tətbiqə girişiniz yoxdursa)

Hesabınızdakı e-poçt ünvanından [email protected] ünvanına «Hesabın silinməsi» mövzusu ilə yazın və ya WhatsApp +994 10 376 88 72 nömrəsinə müraciət edin.

Kimliyinizi və hesab üzərində səlahiyyətinizi yoxlayırıq (başqasının məlumatı səhvən silinməsin), sonra silməni başladıb sizə təsdiq göndəririk. Cavab müddəti: ən geci 7 iş günü.

3. Nə silinir

  • Şəxsi profil: ad, telefon, e-poçt, profil şəkli;
  • Giriş məlumatları və bütün aktiv sessiyalar (bütün cihazlarda çıxış);
  • Cihazların bildiriş qeydiyyatları;
  • Digər müəssisələrdəki üzvlükləriniz;
  • Sahibkar hesabında: müəssisə və onun bütün məlumatları (müştərilər, randevular, satışlar, anbar, komanda).

4. Nə saxlanılır və nə qədər

MəlumatMüddətSəbəb
Silinmiş hesab / müəssisə məlumatı30 gün bərpa edilə bilən vəziyyətdə, sonra tam və geri dönməz silinirSəhvən silmədən qorunma; bu müddətdə dəstəyə yazıb bərpa edə bilərsiniz
Mühasibat və vergi qeydləri (faktura, ödəniş qeydləri)ən azı 5 ilQanunvericilik tələbi; şəxsi identifikasiya məlumatları anonimləşdirilir
Əməliyyat (audit) jurnalı5 ilTəhlükəsizlik və nəzarət; şəxsi məlumatlar anonimləşdirilir
Hazırlanmış ixrac faylı7 günSonra avtomatik silinir

5. Hesabı silmədən məlumat idarəsi

  • Bütün biznes məlumatlarını istənilən vaxt, əlavə ödənişsiz ixrac edə bilərsiniz;
  • Ayrı-ayrı müştəri qeydlərini silə və ya anonimləşdirə bilərsiniz;
  • Profil məlumatlarınızı tətbiqin Daha → Profil bölməsindən redaktə edə bilərsiniz.

Ətraflı: Məxfilik Siyasəti §10–§11 · İstifadə Şərtləri §6.

Operator: «BiznesBoss» MMC, VÖEN 1507716031 · [email protected]