Gözəllik və baxım

Salonunuzu bir ekrandan idarə edin

Randevu dəftəri, usta cədvəli, müştəri tarixçəsi və kassa ayrı-ayrı yerlərdə qalmasın. BiznesBoss hamısını bir yerə yığır, xatırlatmanı isə özü göndərir.

Randevu təqvimi və usta cədvəli
Müştəri kartı: nə vaxt gəlib, nə etdirib
Randevudan əvvəl avtomatik WhatsApp xatırlatma
Usta komissiyası və maaş hesablanması

Kart tələb olunmur · İstənilən vaxt ləğv et · Quraşdırma haqqı yoxdur

Bugünkü təqvim

Bu gün

14 randevu

3 usta işləyir · 3 boş saat

14:30 · Aytac M.Saç kəsimi · Nərminyaxınlaşır
Xatırlatma göndərildi16:00 randevusu üçünavtomatik
Rəngləmə tamamlandıKart · 80₼indi
Sektorlar

Gözəllik və baxım üçün nələr hazırladıq

Gözəllik və baxım

Gözəllik salonu · Bərbərxana · Masaj · Dırnaq · Spa

Salonunuzu bir ekrandan idarə edin

Randevudan komissiyaya, müştəri kartından QR xidmətlər səhifəsinə qədər salonunuz üçün lazım olan hər şey bir yerdə, bir ekranda.

Sabahkı randevu

14:00 · Aytac M. saç kəsiminə yazıldı. Xatırlatma göndərildi.

Gözəllik və baxım üçün xüsusi imkanlar

Sürüşdür · 5 imkan
Randevu təqvimi - BiznesBoss

Randevu təqvimi

Gələn zəngi saniyələr içində randevuya yazın. Kim nə vaxt gəlir, hansı ustaya yazılıb, ödəyib-ödəməyib bir siyahıdadır. Ləğv edilən və gəlməyən də görünür, ona görə ay sonu real mənzərəni bilirsiniz. «Canlı Jurnal» düyməsi eyni günü usta-usta zaman zolağında açır.

WhatsApp xatırlatma - BiznesBoss

WhatsApp xatırlatma

Randevudan əvvəl müştəriyə avtomatik mesaj gedir, özü də sizin öz nömrənizdən. Gəlməyi unudanlar kəskin azalır, kreslolarınız boş qalmır. Mesajın mətnini özünüz yazırsınız.

Komanda və qazanc - BiznesBoss

Komanda və qazanc

Hər ustanın iş saatı, istirahət günü və komissiyası öz-özünə hesablanır. Ay sonu kim nə qədər qazandırıb, nə qədər alacaq kalkulyatorsuz, mübahisəsiz görünür.

QR xidmətlər səhifəsi - BiznesBoss

QR xidmətlər səhifəsi

Xidmət və qiymətləriniz üçün ayrıca proqrama pul ödəməyə ehtiyac yoxdur. Dizaynını özünüz seçirsiniz, QR kartı çap edib masaya qoyursunuz, müştəri telefonunda hamısını görür.

Müştəri kartı - BiznesBoss

Müştəri kartı

Hansı müştəri nə vaxt gəlib, nəyi seçib, nə qədər xərcləyib bir kartda toplanır. Müştərini adı və zövqü ilə tanıyırsınız, o da bu diqqəti hiss edir və təkrar gəlir.

Əlavə xüsusiyyətlər

Nəzarət paneli

KPI, qrafiklər və dövr müqayisəsi.

Offline POS (PWA)

İnternet kəsilsə də satış davam edir.

Kassa & Z-Hesabat

Çekməcə, endirim və geri qaytarma.

WhatsApp + Email

Avtomatik bildirişlər bir yerdən.

Anbar & Resept

Transfer, ölü-stok analizi, xidmət→ingredient, planınıza görə dərinləşir.

Maliyyə & xərclər

Kassa, xərclər və hesabatlar.

Rol & icazələr

İşçi idarəsi, granular permission.

Audit jurnalı

Azərbaycanca, insan-oxunan + CSV ixrac.

QR fərdiləşdirmə

QR menyu dizaynı + QR-kart çapı.

Müştəri bazası (CRM)

Müştəri kartı, tarixçə, əlaqə və qeydlər bir yerdə.

Mobil tətbiq

Sahə-əməliyyat aləti, elə cibinizdə.

Bunlar yalnız görünən hissəsidir. Ən yaxşısı, hamısını indi birbaşa özünüz təcrübə edin.

Pulsuz sınayın
%100 Yerli və Müasir

Azərbaycanın hər yerindən, istənilən cihazdan idarə et

E-kassa inteqrasiya imkanı

İstəsəniz kassanızı BiznesBoss-a qoşursunuz: satışı burada edirsiniz, fiskal çek kassa cihazınızdan çap olunur. Məbləği iki dəfə daxil etmək və proqramlar arasında vaxt itirmək zərurəti aradan qalxır.

İnternetsiz rejimdə idarəetmə

Şəbəkə bağlantısı kəsildikdə narahatlığa əsas yoxdur. Satışları vurmağa davam edin, internet bərpa olunan kimi bütün əməliyyatlar avtomatik olaraq sistemə sinxronlaşacaq.

🇦🇿

Tam Azərbaycan dilində və aydın interfeys

Tətbiq daxilindəki bütün panellər, hesabatlar və çeklər ana dilimizdə, maksimum dərəcədə aydın tərtib olunub. Sən də öz biznesinin Boss-u ol.

Mobil tətbiq

Hər kəs öz işini görür

BiznesBoss mobil tətbiqi masa arxası üçün deyil: ofisiant zalda, aşpaz mətbəxdə, usta kreslonun yanında, anbardar rəflərin arasında, sahibkar isə yolda işləyir. Ekran işçinin roluna görə qurulur: artıq heç nə göstərmir, lazım olanı isə bir toxunuşa çatdırır.

01

Yüklə və eyni hesabla gir

Ayrıca qeydiyyat yoxdur, mobil bütün paketlərə daxildir. Qeydiyyatı elə telefondan da edə bilərsən.

02

Rolu sən təyin edirsən

İcazələri veb paneldən verirsən, tab-lar və ekranlar ona görə qurulur.

03

Canlı sinxron

Telefonda edilən əməliyyat həmin an veb paneldə görünür, çek başqa cihazda dəyişsə telefon da yenilənir.

PIN və biometrik kilid Qaranlıq rejim Cihaz sessiyaları Bildirişlər və elanlar Əməliyyat jurnalı Kamera ilə barkod

Özünü seç, ekranı gör

Elnur Hüseynov

Sahibkar

Bu gün

1 240 ₼

GünHəftə

14 randevu · 3 usta işləyir

B.eÇ.aÇC.aCŞB
Randevu

14

Müştəri sayı

128

Gözləyən

3

Yeni müştəri

+6

Bugünkü randevular

Hamısı
14:30 · Aytac M.Saç kəsimi · Nərmingözləyir
12:00 · Leyla H.Rəngləmə · 80₼ · ödənilibbitdi
Veb panellə sinxrondur
AnaTəqvimMüştəriKassaDaha

Sahibkar tətbiqi açanda nə görür?

  • Günün gəliri, randevu axını və açıq kassa, yolda bir baxışda
  • Komanda telefondan: işçi profili, maaş və komissiya, dəvət linki
  • Kassa təhvili: sayılan nağd, fərq və səbəb, sonra çek çapı

Sahibkar hər şeyi görür, məhdudiyyəti işçilərə sən qoyursan.

Rollar hazır şablonla gəlir, icazələri veb paneldən istədiyin kimi dəyiş.

YükləGoogle PlayTezlikləApp Store

iOS versiyası hazırlanır, hazır olan kimi burada görünəcək.

Haqqımızda

BiznesBoss - Biznesinizi İdarə Etməyin Sadə Yolu

Texnologiya sürətlə inkişaf edir. Müasir dövrdə biznesi köhnə üsullarla idarə etməyə çalışmaq sizi rəqiblərdən geridə qoyur. Bazarı araşdıranda gördük ki, mövcud idarəetmə sistemlərinin istifadəçilər üçün bir çox çətinlikləri və çatışmazlıqları var. Biz də bu problemləri kökündən həll etmək üçün BiznesBoss-u yaratdıq.

Biz nəyi dəyişdik?

  • Zəng edib demo xahiş etməyə ehtiyac yoxdurGiriş edin və dərhal yoxlayın.
  • Məkana texniki komanda çağırmaq yoxdurHər şey bulud üzərindən tam hazırdır.
  • Qiymət və funksiyaları öyrənmək üçün əlaqə saxlamaq yoxdurHər şey tam şəffaf və açıqdır.
  • Köhnə interfeyslər və uzun-uzadı tənzimləmələr yoxdurMüasir və rahat dizaynla vaxtınıza qənaət edin.

Mürəkkəb texniki quraşdırmaları minimuma endirmişik ki, siz ancaq biznesinizi böyütməyə fokuslanasınız. Sualınız olduqda isə dəstək komandamız hər zaman bir mesaj qədər yaxınınızdadır.

Yüz faiz yerli Dəstək Azərbaycan dilində

Fərqimiz

Yerli SaaS · Business Operation System

Biz adi bir CRM və ya ERP sistemi deyilik - biznesiniz üçün yaradılmış müasir yerli SaaS (Software as a Service) platformasıyıq. İstifadəçilərimizə elə ilk qeydiyyatdan keçdikləri andan etibarən real fərqi hiss edəcəklərinə zəmanət veririk.

Missiyamız

Hədəfimiz hər bir sahibkarın öz biznesini sanki bir sosial media hesabı idarə edirmiş kimi asanlıqla, tək platformadan nəzarətdə saxlamasını təmin etməkdir. Bunu gözoxşayan interfeys, sürətli quraşdırma və rahat idarəetmə ilə həyata keçiririk.

Hələlik 4 fərqli sektora xidmət göstərsək də, gələcəkdə bu əhatə dairəsini genişləndirərək Azərbaycan biznes mühitinin inkişafına öz dəyərli töhfəmizi verməyi hədəfləyirik.

Məqsədimiz

Biz istəyirik ki, sahibkarlar mürəkkəb proqramlar arasında vaxt itirməsinlər. Sadəcə BiznesBoss platformasından istifadə edərək bütün biznes ehtiyaclarını ən uyğun, rahat və effektiv şəkildə həll etsinlər.

Yerli deyəndə nəyi nəzərdə tuturuq?

BiznesBoss sadəcə hazır xarici proqramın tərcüməsi deyil. Platformanın hər bir kodu, dizaynı və funksiyası sıfırdan, məhz bizim biznes mühitimiz və istifadəçilərimizin ehtiyacları nəzərə alınaraq hazırlanıb.

Buna görə də platformaya daxil olduqda yarımçıq tərcümələr və ya yad terminlərlə qarşılaşmazsınız - hər şey doğma dilimizdə, ilk andan anlaşıqlı və istifadəsi rahat şəkildə qarşınıza çıxır.

Qiymətlər

Yalnız ehtiyacınız olana görə ödəyin

Qiymətlərimizi heç bir yerdə gizlətmirik. Nə ödəyəcəyinizi bu səhifədə, olduğu kimi görürsünüz. Sadəcə sektorunuzu seçin: bütün qiymət paketləri və daha artığı haqqında məlumat əldə edin. İstəyimiz sadədir - heç kim biznesinə lazım olmayan funksionallıqlara görə pul ödəməsin.

7 gün pulsuz sınaqKart məlumatı istəmirikİstənilən vaxt dəyiş və ya dayandır
Salon maskotu

Salon

Randevu, müştəri bazası, kassa və QR xidmətlər: limitsiz komanda ilə tam salon idarəetməsi

40,00

/ ay · istənilən vaxt ləğv et

7 gün pulsuz başla
Limitsiz işçi Limitsiz müştəri 2000 WhatsApp mesajı / ay

Daxil olan modullar · 14

Randevu sistemi Maaş və komissiya Müştəri kartları (CRM) POS satış modulu QR xidmətlər səhifəsi QR xidmətlər fərdiləşdirmə

Bu sektorda tək paket var: sektorun bütün modulları və limitsiz komanda onun içindədir, seçim etmək lazım deyil. Mobil tətbiq, maliyyə idarəsi və audit jurnalı hər paketə daxildir.

Qiymət strategiyamız

  • Gizli qiymət yoxdur. "Bizimlə əlaqə saxlayın" arxasında rəqəm saxlamırıq.
  • Sektora görə paket. Salon və kurs anbar moduluna, mağaza randevuya görə pul verməsin.
  • İstənilən vaxt dəyiş. İstədiyin vaxt paketini yüksəlt ehtiyac olmasa kiçilt ya da ləğv et

Test mərhələsində kart tələb olunmur və sistemimizdə kart məlumatlarını heç bir halda saxlamırıq

FAQ

Tez-tez verilən suallar

Lazım deyil. Qeydiyyatda biznes növünü seçirsən, sistem həmin sahəyə uyğun ekranlarla açılır. Sonrası xidmət (və ya menyu, qrup, məhsul) siyahını doldurmaqdır, bu da 15-20 dəqiqəlik işdir. Nə server, nə quraşdırma lazımdır; brauzer bəsdir.

Var. İstəsən hesab nümunə müştəri, xidmət və satışlarla dolu açılır, beləcə hər ekranın real işdə necə göründüyünü görürsən. Öyrənəndən sonra test datasını bir düymə ilə silirsən və işə təmiz başlayırsan.

Bəli. Hazır Excel şablonunu yükləyib doldurursan, sistem sütun və format fərqlərini özü düzəldir. Köçürməzdən əvvəl nəyin əlavə olunacağını, nəyin təkrar olduğunu göstərir, yəni kor-koranə yükləmə olmur.

Heç nə silinmir. Kart məlumatı istəmədiyimiz üçün avtomatik pul çıxmır və gözlənilməz ödəniş olmur. Paket seçəndə iş qaldığı yerdən davam edir, hər şeyi yenidən qurmaq lazım gəlmir.

Cavabı tapmadın?

Bizimlə əlaqə saxla